AVTOMATİK SİSTEMLƏR 

Məkanlarda rahatlığı təmin edən eyni zamanda interyer və eksteryer dizayn üçün əlverişli sistemlərdir. Bunlardan avtomatik açılıb bağlanan tavan, tent sistemləri, Bioclimatic tent sistemləri, Giyotin modelləri misal gətirə bilərik. Təklif etdiyimiz məhsullar yüksək keyfiyyətli Almaniya, İtaliya və ya Türkiyə istehsalı olmaqla qüsursuz iş prosesi əsasında tərəfimizdən ZƏMANƏTLƏ təqdim olunur. Avtomatik sistemlər istifadəsi zamanı təhlükəsizliyi və komfortu təmin etməlidir. Bu sistemlərin özəlliyi kənardan heç bir müdaxiləyə ehtiyac duyulmadan həmçinin səsssiz və təhlükəsiz olmasıdır. Bu sistemlər külək yağış günəş sensorları vasitəsilə ağıllı ev sistemlərində tətbiq oluna bilər.

AVTOMATİK CAM TAVAN SİSTEMLƏRİ

Məsafədən idarə edilən tam təmassız açılıb bağlanan tavan sistemləridir. Məkanlarınızı aşırı isti və soyuqdan həmçinin zərərli günəş şüalarının təsirindən qorumaqla yanaşı təbii işıqlandırma cəhətdən əlverişlidir. Teraslarda, restoran, kafe və ya özəl istirahət məkanlarında istifadəsi uyğundur.

BİOKLİMATİK SİSTEMLƏR 

Hər məkanda tətbiq oluna bilən Bioklimatik sistemləri 110 dərəcə hərəkət edə bilən alüminium panellər sayəsində ventilyasiya kimi təbii amillərdən istifadə edərək terasınızda və ya iş yerinizdə xoş bir mikroiqlim yaradaraq lazımsız enerji sərfiyyatını azaltmaq üçün nəzərdə tutulmuşdur. Alüminium panellərin  hərəkəti sayəsində məkanınız havalandırma zamanı kölgəlik xüsusiyyətini itirmir. O, həmçinin avtomatlaşdırma sistemi ilə sistemə daxil olan günəş işığının və havanın miqdarına tam nəzarət etməyə imkan verir. Həmçinin bu sistemlər ağıllı ev sistemlərində tətbiq edilə bilər.